
İngiltərə Premyer Liqasında yay transfer pəncərəsinin növbəti böyük sövdələşməsi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, "Mançester Yunayted" "Çelsi" forması geyinən gənc yarımmüdafiəçi Andrey Santosu heyətinə qatıb.
Mançester təmsilçisi bu transfer üçün London klubuna 48 milyon funt-sterlinq sərbəstqalma bədəli və əlavə olaraq 2 milyon funt-sterlinq bonus ödəyəcək.
Braziliyalı ulduz artıq yeni klubu ilə rəsmi müqaviləyə imza atıb.