
UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ" bu həftə 2-ci təsnifat mərhələsində gücünü sınayacaq.
Fanat.Az xəbər verir ki, "köhlənlər" Bolqarıstan nəhəngi ÇSKA ilə üz-üzə gələcək.
Heyətini yeniləyən komandamızı Sofiya təmsilçisi ilə çətin oyunlar gözləyir.
Bəs klublarımız bu günə kimi Bolqarıstan təmsilçiləri ilə hansı nəticə ilə yadda qalıb?
Sözügedən ölkə komandası ilə qitə səhnəsində ilk olaraq "Neftçi" üz-üzə gəlib. 30 il əvvəl UEFA Kubokuna təsadüf edən ilk dueldə "Lokomotiv"i ninimal hesabla üstələyən "ağ-qaralar" Sofiyada darmadağına məruz qalıb.
2009/2010 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Bakı" "Levski Sofiya" ilə üzləşib. Öz stadionunda qolsuz bərabərə qalan Azərbaycan klubu səfərdə məğlub olub.
Üçüncü cəhddə başqa bir təmsilçimiz "Qarabağ" "Ludoqoreç"lə UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsində münasibətə aydınlıq gətirib. "Köhlən atlar" evdə məğlub olsa da, səfərdə rəqibini meydana çıxmağına peşman edərək tarixi uğura imza atıb.
Nəhayət, ötən tsiklə təsadüf edən son dueldə "Sabah" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Levski"nin rəqibi olub. Bolqarıstanda 0:1 məğlub olan "bayquşlar" Bakıda da istəyinə nail olmayıb.
1996/97 Neftçi - Lokomotiv (Sofiya, Bolqarıstan) 2:1
1996/97 Lokomotiv (Sofiya, Bolqarıstan) - Neftçi 6:0
2009/10 Bakı - Levski (Bolqarıstan) 0:0
2009/10 Levski (Bolqarıstan) - Bakı 2:0
2024/25 Qarabağ - Lüdoqorets (Bolqarıstan) 1:2
2024/25 Lüdoqorets (Bolqarıstan) - Qarabağ 2:7
2025/26 Levski (Bolqarıstan) - Sabah 1:0
2025/26 Sabah - Levski (Bolqarıstan) 0:2
Qeyd edək ki, "Qarabağ" ilk oyunu iyulun 23-ü evə keçirəcək, cavab qarşılaşması ayın 30-da səfərdə baş tutacaq.
Əlisahib İbrahimli