
İsveçrənin "Vintertur" klubundan ayrılan hücumçu Bafode Dansoko karyerasını Misli Premyer Liqasında davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı forvard "Şəfa" ilə anlaşıb.
Qvineya millisində 4 oyun keçirmiş ön xətt oyunçusu ilə 1 mövsümlük müqavilə bağlanıb. Dansokonun heyətə qatıldığının yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.
Xatırladaq ki, ötən mövsüm 1-ci Liqada çempionluğu bayram edən "Şəfa" uzun fasilədən sonra elita səhnəsinə çıxıb. Klub rəhbərliyi bu yay komandanı çempionluğa daşıyan 34 yaşlı mütəxəssis Elgiz Kərəmli ilə vidalaşaraq "Zirə"nin akademiyasının sabiq koordinatoru Zaur Həşimovla əməkdaşlığa başlayıb.
Nihat