
"Mançester Yunayted"in vingeri Amad Diallo transfer pəncərəsinin ən çox tələb olunan oyunçularından birinə çevrilib.
Fanat.Az xəbər verir ki, "Milan", "Nyukasl" və "Brayton" 24 yaşlı hücumçunu heyətinə qatmaq üçün gərgin mübarizəyə başlayıb.
Üç klubun da ulduz futbolçu üçün "qırmızı şeytanlar"ın qapısını döydüyü vurğulanır.
Transfer pəncərəsi bağlanana qədər bu rəqabətin daha da qızışacağı gözlənilir.