
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu İtaliya milli komandasının və "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, ərəblər 27 yaşlı futbolçu üçün azı 70 milyon avro ödəməyə hazırdır.
Bazar dəyəri 65 milyon avro olan təcrübəli stoperlə "Barselona" klubunun da yaxından maraqlandığı bildirilir.
"İnter" rəhbərliyinin bu təklif qarşısında necə mövqe tutacağı yaxın günlərdə bəlli olacaq.