
Türkiyədə Məhəmməd Salahın "Beşiktaş"a ola biləcək transferi ölkə rəhbərliyinin də diqqətini çəkib.
Fanat.Az jurnalist Doğan Gündoğduya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin tanıtımı baxımından böyük əhəmiyyət kəsb edən bu keçidlə bağlı "Beşiktaş" prezidenti Serdal Adalıdan məlumat alıb.
Klub rəhbərliyinin misirli ulduzun transferini bitirmək üçün bütün imkanları səfərbər etdiyi bildirilir.
Bu addım "Beşiktaş"ın transfer danışıqlarında əlini daha da gücləndirə bilər.