
Bayern Münhen"in vingeri Luis Dias karyerasını Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Saşa Tavolyeri yayıb.
Məlumata görə, kolumbiyalı oyunçu ərəblərlə danışıqlara başlayıb. Mənbə "Əl-Hilal" rəhbərliyinin cinah hücumçusuna vergiləri çıxmaq şərti ilə ildə təxminən 25 milyon avro maaş ödəməyi planlaşdırdığını vurğulayıb. Yazılanlara inansaq, 29 yaşlı oyunçu ilə aparılan danışıqlar uğurla yekunlaşsa, Asiya təmsilçisi "Bayern"ə ən azı 105 milyon avro təklif edəcək.
Toğrul