
İngiltərə klubu "Sanderlend" müdafiə xəttini gücləndirmək üçün Fransasının "Tuluza" klubuna rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, "Sanderlend" sol cinah müdafiəçisi Dayan Metali üçün 30 milyon avroluq transfer məbləğində razılıq əldə edib.
Fransalı gənc müdafiəçinin tezliklə tibbi müayinədən keçmək üçün İngiltərəyə yola düşəcəyi gözlənilir.
Bu keçid klubun müdafiə gücünü artırmaq baxımından əhəmiyyətli addım hesab olunur.