
İngiltərə klubları “Qalatasaray”ın cinah hücumçusu Barış Alper Yılmazı izləməyə başlayıblar.
Fanat.Az xəbər verir ki, informasiyanı “Transfermarkt” yayıb.
Mənbənin məlumatına görə, türkiyəli futbolçu üçün “Tottenhem” , “Fulhem” və “Everton” hərəkətə keçib.
Yüksək məbləğdə təklif olacağı təqdirdə, "sarı-qırmızılar" sözügedən futbolçunu satacaqlar.
“Everton” artıq İstanbul nəhənginin qapısını 41 milyon avro ilə döyüb. Barışın universal futbolçu olması Liverpul təmsilçisi üçün xüsusi məqamdır.
Qeyd edək ki, sol cinah hücumçusu 2025/2026-cı illər mövsümündə 49 matça çıxıb, 12 qol və 14 məhsuldar ötürməyə imza atıb. O, İstanbul təmsilçisi ilə üst-üstə 4 dəfə çempionluq yaşayıb.
Əlisahib İbrahimli