
Futbol üzrə Cənubi Afrika Respublikası (CAR) millisinin baş məşqçisi Hüqo Bros postundan ayrılıb.
Fanat.Az "Reuters"ə istinadən xəbər verir ki, 74 yaşlı belçikalı mütəxəssisin müddəti iyulun 31-də başa çatan müqaviləsi yenilənməyib.
Bros yerli assosiasiyanın gələn ilin iyulunda keçiriləcək Afrika Millətlər Kubokunun sonunadək nəzərdə tutulan yeni təklifini qəbul etməyərək məşqçilik karyerasını bitirib.
Sözügedən çalışdırıcı 2021-ci ilin may ayından CAR yığmasına rəhbərlik edirdi. Onun idarəçiliyi altında komanda 2023-cü il Afrika Millətlər Kubokunda 3-cü yeri tutub, DÇ-2026-da isə 1/16 finala qədər irəliləyərək Kanadaya uduzub.
Xatırladaq ki, Bros DÇ-2026-nın A qrupunun son matçında Cənubi Koreya üzərində qazanılan qələbəyə 74 yaş 75 günlüyündə sevinib və dünya çempionatlarında qələbə qazanan ən yaşlı baş məşqçi kimi tarixə düşüb.
Toğrul