
İngiltərənin "Bornmut" klubu "Sevilya"nın futbolçusu Xuanlu Sançesi sıralarına qatıb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
Sançes müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Yerli mətbuat 22 yaşlı sağ cinah müdafiəçisinin keçidinin 11 milyon avroya başa gəldiyini bildirib.
Qeyd edək ki, Xuanlu 2025/2026 mövsümündə bütün turnirlərdə 35 matça çıxaraq 3 məhsuldar ötürmə ilə yadda qalıb. Arxa xətt oyunçusu İspaniya millisinin heyətində olimpiya çempionu olub.
Toğrul