
"Liverpul" "Barselona"nın uruqvaylı müdafiəçisi Ronald Arauxonu icarəyə götürmək üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, Kataloniya klubunun idman direktoru Deku 27 yaşlı futbolçunun icarə əsasında İngiltərə nəhənginə qoşulmasına razılıq verib.
Qeyd edək ki, Arauxo geridə qalan mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə 38 matça çıxaraq 4 qol vurub.
Toğrul