
"Atletiko Madrid"in hücumçusu Xulian Alvaresin gələcəyi ilə bağlı yeni xəbərlər yayılıb.
Fanat.Az "AS" nəşrinə istinadən xəbər verir ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta və idman direktoru Andrea Berta argentinalı ulduzla sıx təmasdadır.
Futbolçu öncə "Barselona"ya keçmək istəsə də, indi "Arsenal"ı real və cəlbedici bir variant kimi görməyə başlayıb.
London təmsilçisi bu transferi yekunlaşdırmaq üçün təzyiqi artırır.