
"Brayton"un və Qambiya millisinin vingeri Yankuba Mintenin hansı məbləğ qarşılığında "Liverpul"a keçə biləcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Give Me Sport" yayıb.
Məlumata görə, "qırmızılar" 22 yaşlı cinah hücumçusunu rənglərinə bağlamaq üçün qarşı tərəfə 80 milyon funt-sterlinq (təxminən 94 milyon avro) ödəməlidir.
Mersisayd təmsilçisi "qağayılar"ın tələb etdiyi məbləği ödəməyə hazır olmasa da, son təklifini hazırlayır.
Qeyd edək ki, "Brayton" daha öncə "Liverpul"un 60 milyon funt-sterlinqlik ikinci təklifini rədd edib.
Toğrul