
"Beşiktaş"ın kamerunlu yarımmüdafiəçisi Jan Onana İstanbul təmsilçisi ilə yollarını rəsmən ayırıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı futbolçu "ağ-qaralar"la olan müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.
Əvvəllər "Leyşoeş"də çıxış etmiş təcrübəli dayaq yarımmüdafiəçisinin əsas prioritetinin yenidən Portuqaliya çempionatına qayıtmaq olduğu vurğulanır.
Azad agent statusu alan futbolçunun tezliklə yeni klubu ilə müqavilə bağlayacağı gözlənilir.