
İtaliyanın "Atalanta" klubu heyətini təcrübəli yarımmüdafiəçi ilə gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Berqamo təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çıxış edən Frank Kesyenin transferi üçün rəsmi danışıqlara başlayıb.
İtaliya təmsilçisi Kot-d'İvuar milli komandasının 29 yaşlı üzvünü keçmiş komandasına qaytarmaqda olduqca maraqlıdır.
Tərəflər arasında danışıqların uğurla davam etdiyi və transferin pəncərə bağlanana qədər bitəcəyi gözlənilir.