
"İnter Mayami"nin səhmdarı Devid Bekhem "Krus Asul" üzərində qələbə qazanaraq tarixində ilk dəfə Kampeones Kubokunu qazanan Mayami təmsilçisinin superulduzu Lionel Messidən danışıb.
Fanat.Az MLS liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi argentinalı hücumçunun bu il "Qızıl top" mükafatını qazanmalı olduğunu bildirib:
"Messinin burada olduğuna hələ də inana bilmirəm. Ona görə hər gün məşqə gələrək ona baxıram. Düzü, Leonu əbədi olaraq meydanda görmək istəyirik... Heç kim 39 yaşında buna bənzər nəsə edə, bu səviyyədə oynaya bilmir. Messi "Qızıl top"a namizədlər arasında olmağı haqq edir. Fikrimcə, Leo bu il "Qızıl top" mükafatını qazanmalıdır. Əlbəttə, Harri Keyn, Kilian Mbappe, Cud Bellingem və başqaları kimi böyük oyunçular da var, amma söhbət Messidən gedirsə, mən onun əsas azarkeşiyəm".
Sentyabrın 8-də "France Football" "Qızıl topa" - 2026-ya namizədlərin siyahısını açıqlayıb. Mükafat sahibini oktyabrın 26-da Londonda tapacaq.
Nihat