
"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində bu gecə "Liverpul"dan səfərdə aldıqları 1:2 hesablı məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:
"Həmişə birinci hissədə etdiklərini ikinci yarıda edə bilməyəndə fiziki hazırlıq baxımından problem yaşadığını düşünürlər. Amma belə deyil, biz ikinci hissədə sadəcə pis oynadıq. Reallıq budur ki, bizə çox qol vururlar: bu gün ikisini, üçünü Bilbaoda, birini Sevilyada... Səbəb komandanın yenidənqurma dönəmində olmasıdır. Dediyimi eşitmək kimlərinsə xoşuna gəlməsə belə, həqiqət budur. Hələ çox şeyi qaydasına salmalıyıq.
Uduzmağa başlayanda əvəzləmələrə ehtiyac yarandı. İkinci yarıda qol epizodumuz olmadığı üçün vəziyyətdən çıxış yolu axtarırdıq. Futbolda yuxarıda, ortada və ya aşağıda olacağını detallar müəyyənləşdirir. Mən məhz detalları düzəltməliyəm. Biz çatışmazlıqlar üzərində işləməliyik.
Komanda oynamalı olduğu kimi oynadı, ancaq ikinci yarıda oyunu daha yaxşı "oxumalıydıq". Futbolçularımız bütün güclərini meydanda qoydular, yaxşı matç keçirdilər. Böyüməliyik. Əlbəttə, məğlubiyyət bu oyundakı yaxşı məqamların da üzərindən xətt çəkir".
Əsas mərhələsinin 2-ci turunda "Atletiko Madrid" "Mançester Yunayted"lə qarşılaşacaqsa, "Liverpul" LASK-ın müqavimətini qırmağa çalışacaq.
Nihat