
İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi aparan "Liverpul" heyətini dünya səviyyəli yarımmüdafiəçi ilə gücləndirməyi planlaşdırır.
Fanat.Az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin idman direktoru Yulian Vard "Real Madrid"in yarımmüdafiəçisi Orelien Tçuameninin xidmətində maraqlıdır.
Fransalı futbolçu klubun transfer əməliyyatlarına rəhbərlik edən Vardın ilk əsas hədəflərindən biri kimi dəyərləndirilir.
İspaniya nəhənginin ən vacib oyunçularından sayılan Tçuameni üçün ingilislərin yaxın vaxtlarda rəsmi təklif göndərəcəyi gözlənilir.