
"Barselona" "Atletiko Madrid"in yarımmüdafiəçisi Markos Lyorenteni diqqətdə saxlayır.
Fanat.Az insayder Ekrem Konura istinadən xəbər verir ki, Kataloniya klubu 31 yaşlı futbolçunu gələn yay azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır.
Oyunçunun müqaviləsi mövsümün sonunda başa çatsa da, "Atletiko" yeni sözləşmə imzalanacağına əmindir.
Lyorentenin vəziyyətini "Liverpul", "Çelsi", "Mançester Siti" və "Bayern" də yaxından izləyir.