
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Joau Feliks Avropaya qayıtmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Məlumata görə, Feliksin arzusu 2023/2024 mövsümündə, "Atletiko Madrid"ə məxsus olarkən icarə əsasında formasını geyindiyi "Barselona"ya azad agent qismində dönməkdir. Mənbə Feliksin agenti Jorje Mendeşin artıq Kataloniya təmsilçisi ilə əlaqə saxladığını da vurğulayıb. Sözügedən futbolçunun İspaniya nəhəngində daha az maaşa oynamağa hazır olduğu bildirilib.
Qeyd edək ki, bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 6 matça çıxan Feliks 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat