"Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyo maaşının artırılmasını istəyir.
Fanat.Az "Qardian"a (The Guardian) istinadən xəbər verir ki, hazırkı müqaviləsinin müddəti 2019-cu ilin ilin yayında bitəcək portuqaliyalı klub rəhbərliyinə istəyini çatdırıb.
Don Joze cari sözləşməyə əsasən ildə 15 milyon funt-sterlinq əməkhaqqı alır və bununla qane olmaq niyyətində deyil. Mütəxəssis maaşı artırılmayacağı və yeni müqaviləsinə əlavə bonuslarla bağlı bənd salınmayacağı halda, anlaşmaya qol çəkməyəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol