İbrahimoviç Ronaldoya söz atdı: \"40 metrdən vursun\" - VİDEO
ABŞ-ın "Los Anceles Qalaksi" klubunda çıxış edən Zlatan İbrahimoviç Kriştiano Ronaldonun ötən gün "Yuventus"a vurduğu qolla bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, isveçli ulduz "Qol çox gözəl idi. Amma bunu 40 metrdən vurmağa çalışmalıdı" deyib.
Qeyd edək ki, İbrahimoviç İsveç millisinin 2012-ci ildə İngiltərəni 4:2 hesabı ilə yendiyi matçda 4 qola imza atmış, sonuncu qolunu isə meydanın rəqibə ail hissəsinin ortalarından Ronaldonun ötən axşamkı qoluna bənzər şəkildə vurmuşdu.