Şotlandiya çempionatının XI turunun "Harts" - "Haybernian" oyunu zamanı azarkeşlər qapıçını vurublar.
Fanat.Az xəbər verir ki, "Harts"ın qapıçısı Zdenek Zlamal qapının arxasına düşən topu götürən zaman fanatların zərbəsinə tuş gəlib. Çex qolkiper zərbənin təsirindən yerə yıxılıb.
Olaylar bununla bitməyib. Başqa bir bir epizodda qonaq komandanın baş məşqçisi Nil Lennona tribunadan dəmir pul atılıb. Sikkə mütəxəssisin çənəsinə dəyib.
Polis hər iki faktla bağlı araşdırmalara başlayıb. Artıq beş nəfər şübhəli şəxs qismində saxlanılıb.
Fanat.Az