Çempionlar Liqasının ikinci yarımfinalçısı da müəyyənləşdi. "Liverpul"un "Barselona"nı 4:0 hesablı qələbə ilə mübarizədən kənarlaşdırdığı turnirin digər yarımfinal matçında "Tottenhem" möhtəşəm geri dönüşlə adını finala yazdırdı.
Bu mərhələdə "Ayaks"la qarşılaşan İngiltərə klubu doğma meydanda 0:1 hesabı ilə uduzmuş, cavab matçının ilk yarısında isə iki cavabsız qola üzülmüşdü. Amma ikinci yarıda Lukas Mouranın het-triki "Tottenhem"in finala vəsiqə qazanması üçün yetərli oldu.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın sonunda "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino göz yaşlarına hakim ola bilməyib.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol