İtaliya Futbol Federasiyası A Seriyasında (Serie A) mövsümün tamamlanması üçün Avro-2020-nin (UEFA Euro 2020) təxirə salınmasını istəyir.
Fanat.Az xəbər verir ki, federasiya prezidenti Qabriele Qravina (Gabriele Gravina) bu barədə açıqlama verib:
"Avropa çempionatının təxirə salınmasını UEFA-ya təklif edəcəyik. İtaliya A Seriyasında mövsümü tamamlamağa çalışacağıq. Klubların ayırdığı investisiyaları və etdikləri digər fədakarlıqları nəzərə alsaq, ən ədalətli və düzgün yolun bu olduğunu deyə bilərik".
Qravina çempionatın planlaşdırıldığı tarixdən bir ay gec - 30 iyuna kimi bitəcəyinə ümid edir.
UEFA-nın sabah keçiriləcək fövqəladə iclasında əsas müzakirə mövzularından birinin Avro-2020 olacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan qitə çempionatının təşkilatçı ölkələrindən biridi.
Fanat.Az