"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi - "Qalatasaray” hücumçusu Adem Büyüklə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
33 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. "Sarı-qırmızılar" forvarda 2 milyon 10 min 508 TL təzminat ödəyib.
Ademin Superliqanın digər klubuyla - "Yeni Malatyaspor”la anlaşdığı bildirilib. O, 2021-ci ilin yayına qədər müqavilə ilə məxsus olduğu "Qalatasaray"ı sabiq komandasına dəyişib. Büyük İstanbul nəhənginə ötən ilin yayında məhz "Yeni Malatyaspor”dan keçmişdi.
Qeyd edək ki, sentyabrın 17-də 8-ci km stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol