Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray" klubu heyətinə yeni futbolçu cəlb edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, İstanbul təmsilçisi "Kayserispor"da çıxış edən Hasan Hüseyin Acarı heyətinə qatmaq istəyir.
"Qalatasaray" 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə Emre Taşdemir və gənc futbolçulardan birini icarə əsasında təklif edib. Tərəflərin bu gün yenidən görüşəcəyi gözlənilir.
Qeyd edək ki, Hasan Hüseyin Acar 2018-ci ildən "Kayserispor"da oynayır. O, 2019-cu ildə Azərbaycan millisindən gələn təklifi geri çevirib. "Qalatasaray" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək. Sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol