Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 1 sentyabr idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
Hakan Şükür
1971-ci ilin bu günü Türkiyənin və dünyanın tanınmış futbolçusu Hakan Şükür anadan olub.
Futbolçu 1992-ci ildən 2008-ci ilə qədər fasilələrlə "Qalatasaray" klubunda 10 mövsüm keçirib.
Hakan Şükür həmçinin İtaliyanın "İnter", "Parma" və İngiltərənin "Blekbern Rovers" klublarında da forma geyinib.
Futbolçu Türkiyə millisinin heyətində keçirdiyi 112 oyunda 51 qol vurub.
Forvardın nəaliyyətlərini təqdim edirik:
Dünya çempionatının bürünc mükafatçısı (2002), Aralıq dənizi Oyunlarının çempionu (1993), Aralıq dənizi Oyunlarının gümüş mükafatçısı (1991), UEFA Kubokunun qalibi (2000), UEFA Superkubokunun qalibi (2001), İtaliya Kubokunun qalibi (2002), 8 qat Türkiyə çempionu (1993, 1994, 1997, 1998, 1999, 2000, 2006, 2008), 6 dəfə Türkiyə Kubokunun qalibi (1988, 1993, 1996, 1999, 2000, 2005).
Rud Qullit (Ruud Gullit)
1962-ci il sentyabrın 1-i daha bir dünyaca məşhur əfsanəvi sabiq futbolçu Rud Qullit dünyaya göz açıb.
Futbolçu karyerası boyunca Avropa çempionu (1988), Avropa çempionatının bürünc mükafatçısı (1992), 2 dəfə Avropa Çempionlar Kubokunun qalibi (1989, 1990), 2 dəfə UEFA Super Kubokunun qalibi (1989, 1990), Qitələrarası Kubokun 2 qat qalibi (1989, 1990), 3 qat Hollandiya çempionu (1984, 1986, 1987), Hollandiya Kubokunun qalibi (1984), 3 qat İtaliya çempionu (1988, 1992, 1993), İtaliya Kubokunun qalibi (1994), 3 dəfə İtaliya Superkubokunun qalibi (1988, 1992, 1994) və FA Kubokunun qalibi (1997) titullara yiyələnmişdir.
Fişer Spasskinin titulunu əlindən alıb...
Robert Ceyms (Bobbi) Fişer dünya şahmat tacı uğrunda görüşdə Boris Spasskini 12.5: 8.5 hesabı ilə məğlub edərək 11-ci dünya çempionu olub.
Bununla Fişer Spasskidinin "Dünya çempionu" titulunu əlindən almış olub.
Emin Şəmsiyev