Bu gün Polşa Ekstraklassasında 11-ci tur başa çatıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti oyununa çıxıb.
Varşava təmsilçisi "Lex"i qəbul edib. Oyun meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Start "11-lik"də yer alan Mahir 65-ci dəqiqədə əvəzlənib. O meydandan oyundakı yeganə qol vurulandan sonra alınıb.
9 xala malik "Legiya" turnir cədvəlində 15-ci pillədə mövqe tutub.
Nihat