Almaniyanın 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi öz meydanında “İnqolştadt”ı 1:0 hesabıyla yenib. Bu, Dmitrinin komandasının cari mövsümdəki ilk qələbəsi olub.
Meydana start "11-lik"də çıxan Nazarov 84-cü dəqiqədə əvəzlənib.
11 oyuna 7 xal yığan “Ersgebirge” turnir cədvəlində 18 iştirakçı arasında 17-ci pillədədir.
Nihat