
"Qarabağ"ın rəqibi "Bazel"in kubokda ölkənin üçüncü liqasında yarışan "Etual Karuj"a uduzmasından sonra komanda kəskin tənqid olunmaqdadır.
Fanat.Az xəbər verir ki, İsveçrə mətbuatı sensasiyanı "Cenevrə həvəskarları "Bazel"i utandırdılar", "Superqarant Artur Kabral da "Bazel"i dörddəbir finala çıxara bilmədi" dəyərləndiriblər:
"20 qat İsveçrə çempionu "Etual Karuj"un üçüncü dərəcəli həvəskarları qarşısında 0:1 hesabı ilə uduzaraq biabır oldu və İsveçrə kubokunda ardıcıl ikinci dəfə özündən aşağı səviyyəli rəqibə boyun əydi".
Baş məşqçi Patrik Rahmen isə məğlubiyyəti belə şərh edib: "Dərin məyusluq yaşayırıq. Adi bir kubok oyunu idi, hansı ki, rəqibi üstələməyə borclu idik. Düzdür, oyunda mən bəzi yaxşı şeylər gördüm. Amma istənilən halda, nəticə odur ki, mübarizədən kənarlaşdırıldıq. Komanda o qədər məyus oldu ki... Oyunçular depressiyaya düşüblər, bir neçəsinin gözündə yaş gördüm".
Mirağa