
Rusiyanın Milli Futbol Liqasında 24-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin formasını geyindiyi “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva “Torpedo”su ilə 0:0 hesablı heç-heçə edib.
Start heyətində yer alan Kamran sonadək oynayıb.
Azərbaycanın aşağı yaş qrupları üzrə millilərində çıxış etmiş David Qarayevə isə Xabarovsk təmsilçisinin baş məşqçisi 73-cü dəqiqədə forma şansı verib.
24 tura 41 xal toplayan “SKA-Xabarovsk” turnir cədvəlində 20 kollektiv arasında 4-cü pillədə mövqe tutub.
Nihat