Futbol üzrə Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin komandası - “Kolos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv öz meydanında “Veres Rivne”ni 1:0 hesabı ilə yenib.
Meydana start "11-lik"də çıxan Nuriyev 72-ci dəqiqədə oyundan alınıb.
16 tura 18 xal yığan “Kolos” turnir cədvəlində 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.
Nihat