Futbol üzrə Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadənin formasını geyindiyi “Minay” səfərdə “Aleksandriya” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb.
“Aleksandriya”nın azərbaycanlı futbolçusu - U-21 yığmamızın üzvü Emil Mustafayev zədəli olduğu üçün bu görüşün iştirakçısı olmayıb. Əvəzində Rüstəm 90 dəqiqə meydanda olub. “Minay”ın digər azərbaycanlı futbolçusu – Eldar Quliyev isə start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
“Aleksandriya” bu qələbədən sonra 26 xalla 6-cı pillədə qərarlaşıb. “Minay” isə 10 xalla 16 kollektiv arasında 15-cidir.