
"Oyuna çox yaxşı başlasaq da, ilk hissədə meydanın mərkəzində çoxlu boşluq verdik və ikinci toplarda rəqibə uduzmağa başladıq".
Fanat.Az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.
Rusiyalı çalışdırıcı "Bakcell Arena"da "Neftçi" ilə heç-heçə etdikləri (1:1) Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlama verib:
"İkinci yarıda daha sıx oynadıq. Yaxşı qol vurduq. Bir neçə əla hücum qursaq da, həmlələri qola çevirə bilmədik. İki komandanın ifasında maraqlı oyun oldu. İnanıram ki, azarkeşlər də razı qaldılar. Cavab oyunu öncəsi şanslar bərabərdir.
Futbolçulıar meydanda xoş təsir bağışladılıar. Təlim-məşq toplanışında iddialı rəqiblərlə qarşılaşdıq. Oyundan-oyuna artırırıq. Transfer pəncərəsinin bağlanmasına 1 həftə qalıb. İnanıram ki, yeni oyunçu almaq üçün hələ də şanslarımız var".