
"Neftçi"ni qışda birdəfəlik tərk edərək "Olimpiakos"a yollanan Mamadu Kane Yunanıstanda debüt matçına çıxıb.
Fanat.Az xəbər verir ki, qvineyalı yarımmüdafiəçi Yunanıstan kubokunda 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində "Panetolikos"la oyunun iştirakçısı olub.
Kane start heyətində yer alıb və 65-ci dəqiqədə əvəzlənib.
"Olimpiakos" əlavə vaxtda vurduğu qolla iki görüşün nəticəsinə görə yarımfinala adlayan tərəf olub.
Qeyd edək ki, "Olimpiakos" ötən ilin payızında Kaneni transfer etsə də, icarə əsasında "Neftçi"də çıxışını davam etməsinə şərait yaratmışdı.
Mirağa