02:38 04.03.2022 14154

"Kliçko ön xətdədir, hər gün danışırıq" - Andrey Şevçenko

"Hazırda mənim üçün futbol yoxdur. Ümumiyyətlə, bu barədə düşünmürəm".

Fanat.Az xəbər verir ki, bunu məşhur ukraynalı mütəxəssis Andrey Şevçenko "Sky Sports"a müsahibəsində deyib.

Ukrayna millisinin və "Milan"ın sabiq hücumçusu mövcud durumu belə dəyərləndirib: "Kiyev meri Vitali Kliçko ön xətdədir. Biz hər gün danışırıq. O, məni vəziyyət barədə məlumatlandırır. Bütün idmançılar birləşiblər. Danışır, informasiya mübadiləsi edir, ölkəmizə dəstək olmağa çalışırıq. Bir çox insan xeyriyyə məqsədilə pul toplamaqdan ötrü zəng edir".

Şevçenko hazırda heç bir idman növü üzrə yarışları izləmədiyini və ölkəsinə kömək etməyə kökləndiyini vurğulayıb. İngiltərənin paytaxtı Londonda yaşayan sabiq hücumçu Ukraynada baş verənləri valideynləri və dostlarından öyrəndiyini dilə gətirib.

O, dünyadan, xüsusən, Böyük Britaniyadan kömək istəyib: "Xahiş edirik, maddi yardım edin. Bu barədə Kliçko da danışıb. Bizə dərmanlar, ərzaqlar lazımdır. Hər cür dəstəyə ehtiyacımız var. Hər bir ukraynalının dünyadan dəstək hiss etməsi vacibdir. Bu, bizə çox lazımdır. Sizi Ukraynada hamı eşidir. Onlar sizin dəstəyinizi hiss edirlər. Bəli, Britaniya hökuməti kifayət qədər iş görür. Amma biz daha çoxunu xahiş edirik. İdman dünyanı dəyişmək üçün inanılmaz gücə malikdir. "Everton"un Vitali Mikolenkonu, "Mançester Siti"nin isə Aleksandr Zinçenkonu dəstəkləməsi inanılmaz idi".

İngiltərənin "Çelsi" klubunun rəhbərliyindəki dəyişikliklər barədə danışmağa hazır olmadığını söyləyən Şevçenko öz ölkəsində baş verənlərə diqqət ayırmağı üstün tutub: "Kiyev "Dinamo"su ilə "Şaxtyor"un futbolçuları birləşərək "Dinamo"nun təlim-məşq mərkəzində iki gecəni keçiriblər. Qalan oyunçular Ukraynanı tərk etməyə çalışıblar. Onların çoxu Polşa ilə sərhədi keçərək doğma ölkələrinə uçublar".

Ukraynalı keçmiş forvard FIFA və UEFA-nın Rusiya komandalarına tətbiq etdiyi sanksiyanı dəstəkləyib: "Ölkəyə hücum edərək, bomba və əsgər atırsınızsa, bu, münaqişə yox, əsl müharibədir. Müharibə dayandırılmayanadək heç bir rusiyalı idmançını hər hansı idman yarışına buraxmamağı doğru qərar sayıram. Sadəcə, rusiyalılardan xahişim budur ki, meydanlarda savaşın dayandırılması lehinə çıxış etsinlər".

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2026
09:38

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Çempionatın startına qədər 60-70 faiz hazır olacağıq" - Həşimov baxışa çağırdığı legioneri bəyənəcəkmi?

01:16

Nəriman Axundzadə "Erzurumspor"da - RƏSMİ

07 Avqust 2026
23:32

"LANDAU Lions" amerikalı basketbolçunu heyətinə qatdı

22:48

FİFA-dan Manuel Uqarte qərarı

22:12

Azərbaycan və İran arasında idmanda əməkdaşlığa dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı imzalanıb

21:48

"Barselona"ya gürcü hücumçu gəlir

20:45

"Sumqayıt" Qətər klubu ilə heç-heçəyə razılaşdı

20:41

Mauro İkardi İspaniya yolunda

20:16

İtaliya futbolunda yeni təyinat

19:51

"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı

19:09

"Mən azarkeşlərimizə güvənirəm" -Yuri Vernidub

18:38

Stolustü tennisçilərimiz Türkiyəyə yollanıblar

18:04

Diomande "Real"ın məşqinə qatılmadı

17:42

Serdar Dursunun yeni klubu müəyyənləşdi

17:26

"Sabah" Bakıda səfərdəki kimi inamli oynasa, qələbə qazanacağına şübhə etmirəm" - Elgiz Kərəmli

17:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:08

"Zirə" Namik ilə yollarını ayırdı - RƏSMİ

16:50

"Qarabağ"ın problemi hücum xəttidir" - Ağasəlim Mircavadov

16:32

İspaniyalı müdafiəçi "Bornmut"da - RƏSMİ

16:13

"Sabah" oyunu ilə göstərdi ki, evdə "Orhus"a qalib gələ bilər"

15:46

"Sabah" Həmzə Çoudrini transfer edə bilməyəcək?

15:29

Avropa çempionu Qazaxıstan millisinə baş məşqçi təyin edildi

15:11

MOİK rəsmiləri Xankəndiyə yollanır

14:53

Azərbaycan yığması Şimali Makedoniyaya qalib gəldi

14:34

"El Klassiko" Türkiyədə keçirilə bilər

14:17

"Şəfa" son yoxlama oyunlarını keçirdi

13:59

"Qarabağ"ın növbəti mərhələyə adlayacağına ümid edir və inanıram" - Samir Əliyev

13:41

Fransa klubu Lukakunu rənglərinə bağlamağı planlaşdırır

13:22

Türkiyə millisinin qapıçısı La Liqada oynayacaq - RƏSMİ

13:04

"Barselona" Rodriyə görə 50 milyon avro verəcək

12:51

"Qalatasaray" Martinellini istəyir

12:33

Arif Əsədov: "Qarabağ" artıq üç matçdır ki, qol vura bilmir, amma..."

12:14

Albaniya klubuna keçən Kamil "Liverpul"da oynamaq istəyir - AÇIQLAMA

11:55

"Mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi transfer etmək istəyirik" - Kaxaber Tsxadadze

11:34

Alvares "Barselona"ya keçməkdə qərarlıdır - Simeone ilə danışdı

11:08

"Kuboklar qazanmağa gəlmişəm" - Məhəmməd Salah

10:51

Vinisus Juniorla müqavilə uzadıldı - RƏSMİ

10:30

Region Liqasının debütantı milli üzvü ilə gücləndi

09:48

"İmişli" 2-ci Liqanın debütantı ilə qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X