"İnter" İtaliya Kubokunun finalına yüksəlib.
Fanat.Az xəbər verir ki, komanda yarımfinal oyununda "Milan"ı 3:0 hesabı ilə məğlub edib.
Tərəflər arasında ilk görüş 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, finalda "İnter" "Fiorentina" - "Yuventus" cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk görüşü turinlilərin səfər qələbəsi ilə başa çatıb - 1:0.