Futbol üzrə Latviya çempionatında 13-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular Asim Əlizadəylə Şakir Seyidovun komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Liepaya” ilə qarşılaşıb. Futbolçularımızın komandası 0:4 hesablı darmadağına üzülüblər.
Şakir görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Asim isə ehtiyatda qalıb.
Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürən “Dauqavpils” 13 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.