09:00 17.05.2022 1345

"Kimsə deyə bilməz ki, Rövşən Babayev "yatırdı" - MÜSAHİBƏ

"Turan Tovuz" klubunun sabiq çalışdırıcısı Rövşən Babayev hazırda işsizdir. 

45 yaşlı mütəxəssisin adı gələn mövsümdən Birinci Divizionda çıxış edəcək  "Mingəçevir" ilə hallanır.

Babayev bu və digər məslələrlə bağlı Fanat.Az-a danışıb: 

"Turan Tovuz"dan ayrıldıqdan sonra heç bir təklif almamışam. Hələlik işsizəm. Məlum məsələdir ki, çempionat davam edir, son turlar qalıb. Mösüm bitəndən sonra qismət olarsa, haradasa işimizi davam etdirə bilərik. Hələ gözləyirik. Adımın Mingəçevirin "Energetik" klubu ilə hallanmasına gəlincə, mənə sizdən öncə bir neçə idman saytından da zəng etmişdilər. Onlara cavab verdim ki, belə bir şey olsa, deyərəm. Bilirsiniz, yalandan vaxt udmaq üçün nə isə demək olar. Fakt budur ki, mənimlə bu mövzuda heç kim danışmayıb. Yəni gizlədiləsi nə var ki? Təki təklif olsun, mən də gedim". 

Babayev Tovuz klubundakı fəaliyyət dönəmini də yada salıb:

"Fikirləşdiyim qədər "Turan Tovuz"da pis işləməmişəm. Ümumi nəticə baxımından demirəm. Bəli, məğlubiyyətlərimiz olub. Amma mənim yanaşmam başqa idi. Gənc futbolçulara şans yaratdım. Onlara Birinci Diviziondakı rəqiblərə qarşı oynamaq imkanı yaratdım. Fikrimcə, bu, mənim Tovuz futboluna verdiyim tövhədir. Bəhrəsi də oldu. Məsələn, Sadiq Şəfiyevin uğurlarını vurğulayardım (Şəfiyev son oyunda - səfərdə "Səbail"in əvəzedicilərinə qarşı matçda het-trik edib). Bu gün o, davamlı olaraq 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılır. Sadiqə Polşadan təklif var idi. Bu, elə-belə olub? Rövşən Babayev oynatmasaydı, kimsə onu görüb təklif göndərərdi? Mənim dönəmimdə futbolçu oyun vaxtı qazandı və bu gün görürük ki, o, yaxşı nailiyyətlər əldə edir. Həmin gəclər artıq müəyyən qədər hazırdırlar. Daha bir neçə futbolçunun adını qeyd edərdim, 2006-cı il təvəllüdlü futbolçulardır: Dinamin Bağırov və Hüseyn Hüseynov. İnanın mənə, onlarda böyük potensial var... Çəkinmədən bu futbolçuları yoldaşlıq oyunlarında oynatdım, rəsmi matçlarda onlara şans verdim. Mənim orada işlədiyim dövr bu oyunçuların sıçrayışı üçün o qədər yaxşı dönəm idi ki, gənclərdən yararlanmaya bilməzdim. Görün qısa zamanda neçə nəfər müxtəlif yaş qruplarından ibarət milli komandalara çağırıldı... "Turan Tovuz"un əsas komandasında məşq etməklə, təcrübə toplamaqla onlar bir addım irəlilədilər.

3 xal hər zaman istənilən komanda üçün vacib şərtdir. Amma yalnız nəticəyə oynasaydıq, gənclər kölgədə qala bilərdilər. Adını çəkdiyim futbolçularla Tovuzda tanış olmuşdum. Kimsə deyə bilməz ki, Rövşən Babayev "yatırdı", akademiyanın məşqlərini izləmirdi. İstənilən yaş qrupu haqda sual versəniz, hamısı barədə məlumat verə bilərəm. Niyə? Ona görə ki, işimə gəncləri yetişdirmək fəlsəfəsi ilə yanaşırdım. Mən istəyirdim ki, gələcəkdə futbolumuz udsun. Yenə deyirəm, mən xal dalınca qaçsaydım, yalnız təcrübəli futbolçuları oynadardım. Belədə, ölkənin futbol ictimaiyyəti gənc futbolçuları tanımayacaqdı. Özüm 14-15 yaşında peşəkar liqada ilk addımlarımı atmışam. Bu gün gənclərə yer vərməsəm, başqası yer verməsə, onda nə zaman bu plan həyata keçiriləcək. Bir məşqçi öz hədəflərini artıqmaq üçün Quardiolanın, Tuxelin yanında öyrənməlidir də. Elə deyil? Bu da ona bənzəyir. Gənclər peşəkar liqada oynamasalar, onun çətinliyinə, nə dərəcədə ciddi liqa oluğuna bələd olmayacaqlar. Adil Şükürovla çiyin-çiyinə verib akademiyadan olan futbolçulardan istifadə etdik". 

Sadiq Şəfiyev

 

Dinamin Bağırov

 

Hüseyn Hüseynov

Klubdan ayrılmağıma baxmayaraq, ürəyim rahatdır. Ona görə ki, haqqında danışdığım gənc futbolçuları irəli çəkə bildim. Həm rəhbərliyin, həm də futbolçuların qarşısında alnım açıqdır. Demişdim ki, milliyə futbolçu verəcəyəm, verdim. Bəli, Birinci Divizionda işlərimiz yaxşı getmədi, bunu danmıram. Sevindirici fakt odur ki, ölkə futboluna yeni nəfəs verə biləcək oyunçuların göstərdiyi performans göz önündədir". 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
14:57

“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

Facebookdan bizi izləməyi unutmayın.
X