UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən "Real Madrid" - "Mançester Siti" qarşılaşmasına (səfərdə 4:3 hesabı ilə uduzan "Real" evdə 3:1 hesablı dramatik qələbə qazanaraq finala yüksəlib) münasibət bildirib.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti 54 yaşlı qurum rəhbərinin dediklərini belə çatdırıb:
"Real Madrid"in "Mançester Siti"ni nokaut edə biləcəyinə şübhə ilə yanaşırdım, lakin onların pişik kimi doqquz canı var".
Xatırladaq ki, may yaının 28-i "Real Madrid" ÇL-in finalında İngiltərənin "Liverpul" klubu ilə qarşılaşacaq.
Emin