"Barselona"nın müdafiəçisi Jerar Pike və müğənni Şakira ayrılsalar da, oğullarının beysbol matçını birlikdə izləyiblər.
Fanat.Az "Daily Star"a istinadən xəbər verir ki, cütlük ötən həftəsonu 8 yaşlı Milanın Çexiyada qatıldığı turnirə baxıblar.
Xəbərə görə, Şakira matçboyu xoşbəxtcəsinə gülümsəyərək uşaqlarla ünsiyyət qurub, Pike isə pərişan görünüb.
Xatırladaq ki, bir müddət öncə Şakira "Barselona"nın futbolçusu ilə 11 illik münasibətlərinin sona çatdığını bəyan etmişdi.
Nihat