2014-cü ildən bu yaya qədər "Bayern Münhen"in formasını geyinən "Barselona"nın ulduz hücumçusu Robert Levandovski Çempionlar Liqasında C qrupunun 2-ci turunun matçında sabiq komandasına 0:2 hesabı ilə uduzub.
Fanat.Az xəbər verir ki, polşalı forvard "Allianz Arena"da hərarətlə qarşılanıb və tamaşaçılar onu alqışlarla qarşılayıblar.
Görüşdən əvvəl isə o, tuneldə keçmiş komanda yoldaşları ilə salamlaşıb. Bu zaman çoxlarını çaşdıran hadisə lentə alınıb. Belə ki, Levandovski keçmiş komanda yoldaşlarının əlini sıxıb qucaqlasa da, Tomas Müllerə eyni şəkildə görüşməyib. Belədə Müllerin əli havada qalıb:
Mirağa