
"Neftçi"nin çalışdırıcısı Laurentsiu Regekampf Rumıniya millisinin baş məşqçisi ola bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Prosport.ro" saytı məlumat yayıb.
Xəbərə görə, 47 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun namizədləri siyahısındadır.
Regekampfdan başqa digər namizədlər George Haci, Viktor Pitsurka, Kosmin Oleroyu və Dan Petreskudur.
Yığmanın hazırkı baş məşqçisi Edvard İordanesku istefaya göndərilsə, komanda 5 mütəxəssisdən birinə tapşırılacaq.
Qeyd edək ki, mövsümün əvvəlində "Neftçi" ilə müqavilə imzalayan Laurentsiu Regekampfın klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Rumıniya yığması UEFA Millətlər Liqasının son turunda Bosniya və Herseqovinanı 4:1 hesabı ilə məğlub etsə də, qrupda sonuncu yeri tutaraq B liqasına düşüb.