"Olimpiakos"un futbolçusu Marselo yeni klubunda debüt etməyə yaxındır.
Fanat.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, braziliyalının adı ilk dəfə Pirey təmsilçisinin iştirak ərizəsinə salınıb.
"Sambaçı" Yunanıstan Super Liqasının 6-cı turunda - bu gün "Atromitos"a qarşı keçiriləcək oyunda meydana çıxa bilər.
Marselonun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı mübarizə aparacağı gözlənilir.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı oktyabrın 6-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.