13:14 04.10.2022 1510

\"Uşağımızın bir yaşına bir ədəd vafli hədiyyə etdi\" - EKSKLÜZİV

"Panatinaykos"un sloveniyalı futbolçu Benjamin Verbiçin keçmiş sevgilisi Alvina Tsarenkonun sosial şəbəkə hesabında futbolçunun sızdırılmış videosunu yayması ilə bağlı xəbəri nəzərinizə çatdırmışdıq. Alvina yarımmüdafiəçinin milli komanda ilə səfər zamanı başqa qızlarla əyləndiyi, narkotik və spirtli içki qəbul etdiyi anın videosunu taparaq sosial şəbəkə hesabında paylaşmışdı. 

Model fəaliyyəti ilə məşğul olan Alvina Fanat.Az-a açıqlamasında baş vermiş qalmaqlla bağlı ətraflı danışıb. 

"Başqa qadınlarla əyləndiyi video paylaşılandan sonra onun digər problemləri də ortaya çıxdı. Məlum oldu ki, bizimlə işləyən dayə, sürücü, onun rəsmi fanat səhifəsini idarə edən şəxslə olduqca pis rəftar edib. Onlarla kobud danışır və maaşlarını vermirdi. 

Mənim tərəfimdən ona qarşı sürülən iddialar yalnız bizim 1 yaşlı uşağımıza qarşı Benjaminin göstərdiyi münasibətdir. Onun tərbiyəsi ilə məşğul olmur, ona heç nə almır. Ad günü olanda övladına bir ədəd vafli hədiyyə etmişdi. Bizimlə zaman belə keçirmədi, 20 dəqiqəlik baş çəkib getdi. Bəli, "Panatinaykos"un peşəkar futbolçusu olmasına baxmayaraq, bir ədəd vafli ilə uşağının 1 yaşını təbrik etdi. Uşağın dayəsi bu faktın şahididir. 

Ona deyirəm ki, uşağın arabasını pilləkənlərlə yuxarı qaldır, deyir "yox". Buna nə deyəsən? 

Uşağımla birgə Afinaya gəldim ki, onunla atası arasında ünsiyyət yaradım. O isə uşağı ümumiyyətlə Polşada qoymaq istəyirdi. 

Afinada uşağımla yaşadığımız məkanın pulunu və digər xərclərimizi mən özüm ödəyirəm. Bizim iki itimiz var. Bundan əlavə, dayəmiz də var. Bunlar hamısı xərcdir. O, bizim köçüb yerləşməyimizin xərclərini də ödəmədi. Heç təyyarədən çantamızı daşımağa belə köməklik göstərmədi". 

Ukraynalı model Verbiçin övladı ilə görüşməsinə qarşı olmadığını da bildirib: 

"Mənim Benjaminlə ünsiyyət qurmaq fikrim yoxdur. Hərçənd uşaqla görüşməsinə qarşı deyiləm. Bu, lazımdır. Ötən həftə Minokosa uçmuşdum. Mənə dedi ki, uşaqla görüşmək istəyir. Evdə iki dayə də var idi. Benjamin onları mənim şəxsi həyatımla bağlı sorğu-suala tutmağa başladı. Mən isə bu cür suallara cavab verməyi yasaqlamışam. Bu arada, qeyd edim ki, biz onunla evli deyilik. 

Mənim fikrimcə, Benjaminin qadağan olunmuş preparatlara meyli var. Amma preparatlar barədə söylədiyimi fakt kimi təsdiqləyə bilmərəm. Özü bilər, öz işidir. 

Onunla ünsiyyətə girmək mümkün deyil. Mənim göstərəcəyim və deyəcəyim çox şey var, amma indilik bunu etmək istəmirəm". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

19:33

İspaniyalı oyunçu "Atletiko" ilə yeni müqavilə bağlamadı - İngilis klubunda oynayacaq

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

Facebookdan bizi izləməyi unutmayın.
X