
"Adana Demirspor"un baş məşqçisi Vinçetso Montella Rusiya millisinin sabiq üzvü Artyom Dzyubanın klubdan gedişini şərh edib.
Fanat.Az xəbər verir ki, "Sabah Spor" 48 yaşlı italyalı mütəxəssisin dediklərini belə çatdırıb:
“Bu, klubumuzun və Artyomun birgə qərarıdır. Düzü, burda özünə yer tapa biləcəyini düşünmürdü. Əvvəlcədən hiss edir ki, burda lazım deyil.
Hazırki vəziyyət onun xoşuna gəlməyib və tərəflər belə bir qərara gəliblər. Ona gələcəkdə ən yaxşısını arzulayıram”.
Emin