
UFC Bakı turnirinin ilkin kartında oktaqona çıxan təmsilçimiz Tahir Abdullayev rəqibi Cefferson Nasimentonu gərgin döyüşün sonunda məğlub edərək yerli azarkeşləri sevindirib.
Fanat.Az xəbər verir ki, parlaq qələbənin dərhal ardından media nümayəndələrinin qarşısına keçən idmançımız hazırda mətbuat konfransında iştirak edir.
Təmsilçimiz turnirin gedişatı, döyüşün çətin anları və gələcək planları barədə jurnalistlərin ünvanladığı sualları cavablandırır:
- Duyğuların necədir?
"Hər şey yaxşıdır, istədiyimi əldə etdim."
- Döyüşdən sonra Sumqayıt güləş məktəbini qeyd etdin, bu barədə nə deyə bilərsən?
"Mən Masallı və Sumqayıt güləşini qeyd etdim. Ruslan müəllimə və onun komandasına xüsusi təşəkkürümü bildirirəm."
- Rəqibin oktaqonda səndən qaçmasına münasibətin necədir?
"Mən ona 'kişi kimi döyüş, qaçma' dedim. Rəqibin məşqçisi mənə baxdı, mən də ona ingiliscə 'sən də gəl, səni də aşırım' dedim."
- Bu gün oktaqona "Mehtər marşı" ilə çıxmağınız nə ilə bağlı idi?
"Mən həmişə bu mahnı ilə döyüşlərə çıxıram."
- Rəqib sol ayağına dəfələrlə zərbə endirdi, bu sənin döyüş planına necə təsir etdi?
"Heç bir təsiri olmadı."
- Qələbəni kime həsr edirsən?
"Bütün azarkeşlərə."
- Döyüşün Azərbaycanda keçirilməsi qələbənə necə təsir etdi?
"Sözsüz ki, burada məğlub ola bilməzdim. Azarkeşlərin dəstəyini hər an hiss etdim."
Kamil Xudiyev