21:52 08.09.2026 167

"UFC rəhbərliyi ilə hər şeyi razılaşdırmışıq" - Azərbaycanlı döyüşçü Fanat.Az-a danışdı

UFC-dəki debüt döyüşündə braziliyalı Cefferson Nasimentonu texniki nokautla məğlub edərək diqqətləri üzərinə çəkən təmsilçimiz Tahir Abdullayev Fanat.Az-a özəl müsahibə verib.

Oktaqondakı parlaq qələbəsindən söz açan 29 yaşlı döyüşçü karyerasındakı son yeniliklər, məşq prosesi və gələcək planları ilə bağlı suallarımızı cavablandırıb.

- UFC-dəki növbəti döyüşünlə bağlı hazırlıqlar necə gedir, rəqib və tarix dəqiqləşibmi?

"Döyüşə hazırlıq əla gedir, artıq təlim-məşq prosesinə başlamışıq. Növbəti rəqibim və döyüşün keçiriləcəyi tarix bəllidir. UFC rəhbərliyi və əməkdaşları ilə danışıb hər şeyi razılaşdırmışıq. İnşallah, yenidən qalib gələn tərəf biz olacağıq."

- Qələbəndən sonra Masallı və Sumqayıt güləş məktəblərinin, eləcə də Ruslan müəllimin adını çəkdin. Bu məktəblərin təcrübəsi oktaqondakı döyüş stilinə və parter müdafiənə necə təsir göstərdi?

"Masallı və Sumqayıt güləş məktəbləri qələbə qazanmağımda böyük rol oynadı. Çünki mənim idman bazam məhz güləşdir və bu növün sirrlərini burada öyrənmişəm. Əlbəttə, hazırlıq prosesim başqa ölkələrdə, fərqli mühitlərdə də keçib. Lakin Ruslan müəllimin üzərimdəki əməyi danılmazdır. Sürətli çəki salmaq, çəkini bərpa etmək və texnikadan düzgün istifadə etmək qaydalarını məhz onun sayəsində mənimsəmişəm. Növbəti döyüşümə də elə onunla birlikdə hazırlaşırıq."

- Yarımorta çəki divizionu çox rəqabətlidir. Top-15-ə yüksəlmək üçün xüsusi istədiyin rəqib var, yoxsa təklif olunan hər kəslə döyüşməyə hazırsan?

"Əlbəttə, bu çəkidə rəqiblər çox güclüdür. Demək olar ki, bu gün UFC-də ən çətin və rəqabətli çəki dərəcəsi elə mənim yarışdığım diviziondur. Lakin biz her şeyə hazırıq. UFC bizdən heç vaxt "yox" sözü eşitməyəcək. Onlar bizə rəqibi və döyüş yerini deyirlər, biz isə nə vaxt hazır olacağımızı bildiririk. Daha sonra müqaviləni bağlayıb oktaqona çıxırıq."

- Azarkeşlərimiz səni bu il bitmədən yenidən oktaqonda görə biləcəklər?

"Bəli, tamamilə doğrudur. Bütün azarkeşlərimə dəstəklərinə görə təşəkkür edirəm, tezliklə növbəti sevindirici xəbərlərlə görüşəcəyik."

Kamil Xudiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Sentyabr 2026
23:13

Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar

22:51

Tehran Məmmədov dünya çempionatında qızıl medal qazandı

22:28

Azərbaycanın U-16 basketbol millisi Yalovada beynəlxalq turnirdə iştirak edir

21:52

"UFC rəhbərliyi ilə hər şeyi razılaşdırmışıq" - Azərbaycanlı döyüşçü Fanat.Az-a danışdı

21:11

AFFA nümayəndəsi UEFA tərəfindən təyinat aldı

21:04

II Liqa: "Difai" son dəqiqələrdə sevindi, "Hypers"dən darmadağın

20:46

Lyuis Hol "Nyukasl"da qalır

20:22

Forma sponsorluğu üçün "Türk Hava Yolları" ilə razılıq əldə olundu

19:50

Onyeka Obijohn "Karvan-Yevlax"da

19:28

Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir

18:56

"Qızıl top"un namizədləri bəlli oldu

18:15

"Neftçi" heyətini gücləndirdi

17:54

Gənclər futbolunda oyun formatları müzakirə olundu

17:36

Füzuli Məmmədov: "Karvan"la oyuna da qələbə üçün çıxacağıq"

17:18

"Mançester Yunayted" Alabanı istəmir

16:59

"Fanat.Az Liqası"nda 4-cü turun qalibi: "Bu, klublara və sahibkarlara böyük təkan oldu"

16:41

Elçin Mustafayev: "Məqsədimiz "Şahdağ Qusar"la oyunda qələbə qazanmaqdır"

16:23

"Səbail" Fransa III Liqasından futbolçu transfer etdi

16:05

Gəncədə birdəqiqəlik sükut olacaq

15:49

İdris İnqilablı: "Neftçi"dən xal almaq bizim üçün yaxşı motivasiya olar"

15:31

U-19-un planları bilindi: Əvvəl Qəbələ, sonra Sloveniya

15:12

AFFA İntizam Komitəsi 4 klubu cərimələdi

14:54

Tural Cəlilov: "Xal qazanmaq istəyirik"

14:36

Mateuş Koxalski "Qarabağ"dan ayrıldı - RƏSMİ

14:17

"Sabah"ın MY ilə matçını bu hakimlər idarə edəcək

13:58

Samir Əliyev: "Sabah"ın Mançester səfərindən xalla qayıdacağı inandırıcı görünmür, amma..."

13:40

Məşqçiliyə başlayan Hüseyn Axundovun yeni iş yeri bilindi

13:22

"Sabah" MY-ni əks-hücumlarda tuta bilər" - Arif Əsədov

13:03

"Real Madrid" bu futbolçuları "İnter"ə qarşı oynada bilməyəcək

12:44

Mbappe: "Qızıl top"u qazanmağım sürpriz olmaz"

12:25

Azər Bağırov "Sumqayıt"la səfər matçından nə gözləyir? - AÇIQLAMA

12:06

Kapitan komandadan ayrıldı, karyerasını başa vurdu

11:48

Georgi Minaşvili "Sabahın ulduzları" haqda fikirlərini bölüşdü

11:29

Bülent Korkmaz Türkiyə klubu ilə yollarını ayırdı

11:10

İkinci Liqa: 2-ci tura yekun vurulur

10:51

Holand ÇL matçını buraxacaq

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

"Sabahın ulduzları": "Neftçi" zirvədən 11 "əlli yapışdı" - Fotolar/Nəticələr

09:48

İkinci Liqada hakim çatışmazlığı var? - Yeni başlayan marafonda "Marafon"un "tanışlar"ı

09:25

ÇL: Liqa mərhələsi başlayır, "Sabah" gözləyir

Facebookdan bizi izləməyi unutmayın.
X